“Boavişta” Kamran Ağayev ilə rəsmən yollarını ayırıb
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin "Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, saytının məlumatına görə, bu xəbəri Portuqaliya klubunun rəsmi facebook səhifəsi yayıb.
Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, "Boavişta” rəsmi məlumat yaymamışdı.
BAKU.WS
Oxşar xəbərlər
Kamran Ağayev "Boavişta"dan gedir (VİDEO)
Portuqaliyanın "Boavişta" klubu və yığmamızın qapıçısı Kamran Ağayev klubundan gedir. BAKU.WS-in CBC Sport-a istinadən verdiyi məlumata görə, qolkiper bu barə...