Kamran Ağayevə ağır cəza

Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.
31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub. Bununla da Ağayev "Aruka" və "Çaves"lə səfər, "Belenensiş"lə isə ev oyununu buraxmalı olacaq.
"Benfika" isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə 6 min avro cərimələnib.
Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev "Benfika” - "Boavişta” (3:3) oyunundan sonra baş verən qalmaqalla bağlı "Qafq...
