Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi oldu - Rəsmi açıqlama olacaq
Portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq tam razılığa gəlib və müqavilə üzrə bütün detallar yekunlaşıb. Joze Mourinyonun təyinatının gələn həftə rəsmi şəkildə açıqlanacağı qeyd olunur.
Hazırda Madrid klubuna Alvaro Arbeloa rəhbərlik edir. O, Xabi Alonsonun istefasından sonra komandaya müvəqqəti baş məşqçi təyin olunmuşdu.
Xatırladaq ki, son olaraq mayın 10-da "Real Madrid" İspaniya çempionatının 35-ci turunda əzəli rəqibi "Barselona"ya 0:2 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupu...