"İnter" klubu yeni transferini açıqlayıb
07
iyn
2025
15:48
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransanın "Marsel" komandasından yarımmüdafiəçi Luis Enrike heyətə cəlb olunub. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Enrike 2024/2025 mövsümündə "Marsel" forması ilə bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"la, "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq
"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər. BAKU.WS xəbər verir ki, ilk olaraq ölkə çempionu "Sabah" "Turan...