İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.
Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.
*** 15:00
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
Bu barədə BAKU.WS-ə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Povellə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi rəqibini məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, ötən Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...