III MDB Oyunları: Azərbaycanın medallarının sayı əvvəlki iki analoji yarışdakının cəmindən çoxdur

Azərbaycan idmançılarının III MDB Oyunlarında qazandıqları medalların sayı əvvəlki analoji turnirlərdəki mükafatların cəmindən daha çoxdur.
BAKU.WS report-a istinadən xəbər verir ki, ölkə təmsilçiləri ötən gün başa çatan yarışda ümumilikdə 184 medal qazanıblar.
Onlardan 33-ü qızıl, 56-sı gümüş, 95-i bürünc əyarlıdır. Azərbaycan medal sıralamasında ikinci olub.
I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunub. Həmin vaxt Azərbaycan idmançıları 60 medala sahib çıxıblar. Onlardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlıdır. Ölkə medal sıralamasını dördüncü yerdə bitirib.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib. Bu dəfə 62 mükafatla (10 qızıl, 17 gümüş, 35 bürünc) medal sıralamasında dördüncü yerdə qərarlaşmışıq.
III MDB Oyunlarında Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçirilib.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək yeddi şəhərdə – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunub.
Oxşar xəbərlər
III MDB Oyunlarının bağlanış mərasimi keçirilib
Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşa...
