Şəhriyardan növbəti qələbə - erməni şahmatçını məğlub etdi
16
avq
2018
09:15
Bu gün Sent-Luisdə (ABŞ) “Grand Chess Tour” seriyasının üçüncü mərhələsində - “Saint Louis Rapid & Blitz”də Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iştirak edib. Yarışın nəticəsinə görə o, üçüncü yeri tutub. BAKU.WS-in məlumatına görə, qrossmeysterlər blitsdə doqquz partiya keçiriblər. 15-ci turda Şəhriyar cari yarışda son qələbəni Serqey Karyakin (Rusiya) qarşısında qazanıb. Levon Aronyananı (Ermənistan) və Fabiano Karuanunu (ABŞ) məğlub edən təmsilçimiz aktivindəki 21 xalla 3-cü pillədə qərarlaşıb. Qələbəni 22,5 xalla Xikaru Nakamura (ABŞ) bayram edib. Vaşe-Laqrav (Fransa) 21,5 xal toplayaraq 2-ci pilləyə yiyələnib. AbbasBAKU.WS
Oxşar xəbərlər
Şəhriyardan növbəti heç-heçə
Norveçin Stavanqer şəhərində şahmat üzrə superturnirin V turunun qarşılaşmaları keçirilib.BAKU.WS goal.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın yega...