Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi
26
yan
2018
23:53
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.BAKU.WS-in məlumatına görə, oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov dünya 3-cüsü oldu
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) şahmatçıların növbəti reytinq cədvəli açıqlanıb.BAKU.WS-in məlumatına görə, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni r...