Şəhriyardan növbəti heç-heçə
03
iyn
2018
12:34
Norveçin Stavanqer şəhərində şahmat üzrə superturnirin V turunun qarşılaşmaları keçirilib.BAKU.WS goal.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ötən tur erməni Levon Aronyana məğlubiyyətdən sonra amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Görüş tərəflərin heç-heçəsi ilə başa çatıb. Digər görüşlərdə rusiyalı qrossmeyster Sergey Karyakin amerikalı Fabiano Karuanaya uduzub.Dünya şahmat tacının sahibi olan norveçli Maqnus Karlsen hindistanlı rəqibi Vişvanatan Anand ilə heç-heçə edib. Həmçinin fransalı Maksim Vaşye-Laqrav və erməni Levon Aronyan sülhlə ayrılıblar.Çinli şahmatçı Din Lijen ayağından zədə aldığından turniri yarımçıq tərk edib. Onun iştirakı ilə keçirilən partiyaların nəticələri ləğv edilib. Bu səbəbdən amerikalı Uesli So şənbə günü heç kimlə oynamayıb, çünki onun rəqibi Din Lijen olmalı idi.Hazırda Karlsen beş turdan sonra turnirdə liderliyini saxlayır. Onun hesabında 3,5 xal var. Karyakin Aronyanla ikinci yeri bölüşür. Hər iki şahmatçı 2,5 xal toplayıb. Onların ardınca Nakamura, Anand, So, Məmmədyarov, Karuana (hamısı 2 xal) və Vaşye-Laqrav (1,5) qərarlaşıb.Turnirin mükafat fondu 250 min avrodur.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ik...