Azərbaycan şahmatçıları Ermənistan komandasını məğlub etdilər
03
noy
2017
22:52
Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov dünyanın ikinci şahmatçısı oldu – TARİXDƏ İLK
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, belə uğura imza atan...