Levon Aronyan: "Azərbaycana hörmət etdiyimi göstərəcəm"

Levon Aronyan: Azərbaycana hörmət etdiyimi göstərəcəm
İdman 1415

Ermənistanın ən reytinqli şahmatçısı olaraq tanınan Levon Aronyan Azərbaycan haqqında danışıb. 

BAKU.WS-in məlumatına görə, erməni şahmatçı bu yaxınlarda Bakıya gələcəyini bildirib. Aronyan iki ölkə arasındakı münaqişədən də söhbət açıb. O təəssüflə bildirib ki, şahmatçılara ölkələr arasındakı münaqişənin həllinə kömək etmək çətindir:

"Amma musiqiçilər, müxtəlif yaradıcılıq peşələrinin nümayəndələri adi insanlar kimi Azərbaycana gedirlər. Mən də onların yolu ilə getməyə çalışacağam. Göstərəcəyəm ki, mən qonşu ölkəyə hörmət edirəm. Bununla belə öz ən yaxşı şahmatı oyunumu nümayiş etdirmək və yerli azarkeşlərin bundan həzz almasına çalışacağam", - deyə erməni şahmatçı vurğulayıb. 

Xatırladaq ki, Levon Aronyan, Qabriyel Sarkisyan, Melumyan, Ter-Saakyan və Samveli Qrant 10 sentyabrda Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kuboku yarışında Ermənistanı təmsil edəcək. Varujan Akopyan və Semuyel Sevyan isə yarışda ABŞ-ı təmsil edəcəklər. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər