Şəhriyar Məmmədyarov FİDE reytinqində yerini qoruyub
31
may
2018
20:20
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin iyun ayı üçün yeni reytinq siyahısını açıqlayıb. İlk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb.Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, mövqeyini qoruyub. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.Azərbaycanın digər təmsilçilərinə gəldikdə, bir pillə geriləyən Teymur Rəcəbov 2751 xalla 16-cı, üç pillə geriləyən Rauf Məmmədov 2708 xalla 33-cü sıradadır. Arkadi Naydiç 2697 47-ci yerdə qərarlaşıb. O, mövqeyini bir pillə itirib.Xalını 2666-ya çatdıran Eltac Səfərli 15 pillə irəliləyərək 77-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2654 xalla 99-cı yerdədir. O, bir pillə irəliləyib.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ik...