Azərbaycan millisi FİFA-nın reytinqində gerilədi
FİFA yığmaların aylıq reytinq cədvəlini açıqlayıb.
BAKU.WS-in məlumatına görə, milli komandamız reytinq siyahısında geriləyib. Yığmamız aktivindəki 291 xalla reytinq cədvəlində 4 pillə düşərək 110-cu sırada qərarlaşıb.
Reytinq siyahısının ilk üç pilləsində isə Argentina (1442), Belçika (1269) və Almaniya (1248) yığmaları qərarlaşıb. Kolumbiya 1224 xalla 4-cü pillədəki yerini qoruyub saxlayıb. İlk beşliyi 1209 xalla 2014-cü futbol üzrə Dünya Çempionatının ev sahibi Braziliya tamamlayıb.
Reytinq cədvəlindəki digər yığmalardan Rusiya 780 xalla 32-ci, Ermənistan 394 xalla 83-cü, Türkiyə yığması isə 635 xalla 46-ci pillədə yer alıb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan türklərin ən çox istirahət etmək istədiyi ölkələr siyahasına düşüb (SİYAHI)
Türkiyənin ən böyük araşdırma şirkəti türklərin istirahət etmək üçün üz tutduğu ölkələrin adlarını açıqlanıb. BAKU.WS-in məlumatına görə, "DORinsight" adlı şi...