"Hamburq"a keçən Nigar Mirzəliyevə: "Gözəl uğurlara imza atacağam"

Hamburqa keçən Nigar Mirzəliyevə: Gözəl uğurlara imza atacağam
İdman 31

Almaniyanın "Hamburq" klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.

BAKU.WS xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçinin özü AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, gələcək hədəflərindən söz açıb:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın "Zenit" komandasında çıxış edib. O, ötən gün "Hamburq"la 2,5 illik müqavilə imzalayıb.

Son xəbərlər