Fred Qrim: "Sabahkı görüş bizim üçün böyük əhəmiyyət daşıyır"
UEFA Çempionlar Liqasının VI turu öncəsi "Ayaks"ın baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim Bakıdakı mətbuat konfransında komandasının qarşıdakı hədəflərindən danışıb.
BAKU.WS xəbər verir ki, 60 yaşlı mütəxəssis "Qarabağ"ın oyun səviyyəsini yüksək qiymətləndirib:
"Burada bizi xoş qarşıladılar. Klub daxilində də kifayət qədər dəstək görürük və bu, ümidvericidir. Azarkeşlərimizin bizimlə olması motivasiyanı artırır. "Qarabağ"ın bütün oyunlarını analiz etmişəm. Onlar texniki və təşkilatlanmış komanda təsiri bağışlayır. Sabahkı görüş bizim üçün böyük əhəmiyyət daşıyır".
Qrim həmçinin komandasının inkişaf yolunda olduğunu qeyd edib:
"Oyunçulara inamım tamdır. Meydana yalnız hazır olanları buraxacağıq. Çox çalışırıq və bunu nəticədə göstərmək istəyirik. Bu matçı səbirsizliklə gözləyirik".
Oxşar xəbərlər
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı....