Fransa futbolunun əfsanəsi "Qarabağ"dan danışdı - Heç vaxt təslim olmayın
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa futbolunun əfsanələrindən sayılan Patris Evra "Qarabağ"ın Çempionlar Liqasındakı performansını yüksək qiymətləndirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə bloqer Mark Kimlə müsahibəsində danışıb.
Patris Evra komandaya özlərinə inanmağı və sonadək mübarizə aparmağı tövsiyə edib:
""Qarabağ"ın Çempionlar Liqasındakı növbəti oyunu üçün pozitiv enerjimi göndərirəm. Komanda kimi oynayın. Bilirsiniz ki, ulduz tək oyunçu deyil, komandanızda ulduz oyunçular var, amma komanda kimi oynasanız daha çox qələbə qazanarsız. Heç vaxt təslim olmayın. Yoldaşınız topu itirəndə onun üçün vuruşun. Çünki biz birlikdə uduzuruq və uduruq. Sadəcə zövq alın, əylənin, vacib oyun olsa belə özünüzə inanın".
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsinin ciddi olmadığı bildirilir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu "Karrarez...