"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.
BAKU.WS Apasport.az-a istinadla xəbər verir ki, yarış 17 mərhələdən ibarət olacaq.
Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.
İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.
“Bild”in açıqladığı təqvim
1-2. Avstriya – 5 və 12 iyul 3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust5-6. Macarıstan – 16 və 23 avqust7. Azərbaycan – 6 sentyabr8. Sinqapur – 20 sentyabr9. Rusiya – 27 sentyabr10. Çin – 4 oktyabr11. Yaponiya – 11 oktyabr12. ABŞ – 25 oktyabr13. Meksika – 1 noyabr14. Braziliya – 8 noyabr15. Vyetnam – 22 noyabr16. Bəhreyn – 6 dekabr17. BƏƏ – 13 dekabr

Oxşar xəbərlər
Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertin məkanı dəyişdirilib
"Formula-1" üzrə 2018-ci il Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertlərin yeri dəyişdirilib."Report"un məlumatına görə, bu barədə "Sportbox.ru"ya müsahi...