Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertin məkanı dəyişdirilib
30
noy
2017
13:45
"Formula-1" üzrə 2018-ci il Azərbaycan Qran-prisi zamanı keçiriləcək konsertlərin yeri dəyişdirilib."Report"un məlumatına görə, bu barədə "Sportbox.ru"ya müsahibəsində Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bildirib.O deyib ki, konsert Dənizkənarı Bulvarda yox, 2012-ci il "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin təşkil edildiyi "Baku Crystal Hall"da olacaq. Rəhimov bu məqsədlə "Formula-1" trasından xüsusi şatlların ayrılacağını diqqətə çatdırıb. Promouter konsetdə xarici estrada ulduzlarının iştirakının planlaşdırıldığını və hazırda onlarla danışıqların aparıldığını vurğulayıb.Rəhimov Azərbaycan Qran-prisinin əvvəlki illərlə müqayisədə iyunda deyil, apreldə keçirilməsinin üstünlüklərindən də danışıb: "Çoxlu sayda azarkeşin məhz Rusiyadan gələcəyini nəzərə alaraq, 2018-ci il dünya çempionatı ilə Azərbaycan Qran-prisinin keçiriləcəyi tarixlərin kəsişməməsi çox müsbət məqamdır. Apreldə Bakıdakı hava şəraitinin necə olacağını isə əvvəlcədən bilmək olmur. Habelə, o da vacibdir ki, Qran-pri Ramazan ayında olmayacaq. Bu səbəbdən ərəb ölkələrindən böyük azarkeş axını gözləyirik".
Promouterin fikrincə, rusiyalı azarkeşlər üçün öz pilotunun Qran-pridə iştirakı böyük amildir: "Azərbaycan Qran-prisinin populyarlığı xeyli artıb. Hamı bilir ki, iyunda Rikkardo Bakı mərhələsinin qalibi olub və hazırda paytaxtımızdadır. Əvvəllər bunu hiss etməzdiniz. Amma bununla yanaşı, parlaq tədbirin keçirilmə faktı da var. İnsanlar həm azarkeşlik etməyə, həm də tərtibatı görməyə gəlirlər. Hazırda rusiyalı azarkeşlər Azərbaycan Qran-prisinə maraq göstərirlər. Biz isə ümid edirik ki, Sergey Sirotkini "Uilyams"a götürəcəklər. Amma gələn il Qran-pridə azərbaycanlı pilotun iştirakı gözlənilmir".Biletlərin artıq satışa çıxarıldığını deyən Rəhimov ilk alıcının Rusiyadan olduğu, ikinci yerdə isə Böyük Britaniyanın getdiyini söyləyib. O, Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkardonun "Qarabağ"ın bazasını ziyarət etməsinə də toxunub: "Qarabağ" ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar bizim ulduzlarımızdır. Komandamıza inanır və azarkeşlik edirik. Bu səbəbdən, Rikkardonun Çempionlar Liqasının iştirakçısı ilə görüşü çox aktual idi. Komandamızın məşqi onun özünün də çox xoşuna gəldi".Qeyd edək ki, növbəti Azərbaycan Qran-prisi 2018-ci il 27 - 29 apreldə Bakının mərkəzi küçələrində, dünya çempionatı isə 14 iyun - 15 iyulda Rusiyada təşkil olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Məşhur Formula-1 pilotu nazirin oğlu ilə Bakını gəzdi (FOTO)
Ötən il Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi olan Daniel Rikardo yenidən paytaxtımıza gəlib.BAKU.WS-in məlumatına görə, məşhur pilot...