Rafael Ağayev və Fərid Mansurov "Formula 1" Azərbaycan Qran Prisində (FOTO)
Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev və yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov "Formula 2" yarışlarını izləyir.
BAKU.WS-in məlumatına görə, Rafael Ağayev və Fərid Mansurov bolidin fonunda selfi edib. Fəxri qonaq kimi yarışlara təşrif buyuran əfsanəvi idmançılar "Formula 1" Qran Prisi-nin texniki zonasında yer alıblar.
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 "Formula-1” Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci "Formula-1” yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Bundan başqa, Bakıda keçiriləcək "Formula-1” yarışının rəsmi adı dəyişdirilərək, təqvimdə "Formula-1” Azərbaycan Qran-prisi kimi öz yerini alıb.
Şahin
BAKU.WS
Oxşar xəbərlər
Formula 1 üzrə Azərbaycan Qran Prisi aprel ayında keçiriləcək
2018-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib. BAKU.WS "Report"un məlumatına görə, yarış 23 - 25 iyunda yox, 27 - 29 apre...