Dünyanın ən bahalı futbolçuları - SİYAHI

Dünyanın ən bahalı futbolçuları - SİYAHI
İdman 1171

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının yeni reytinq siyahısını açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir.

Qiyməti 265,2 milyon avroya yüksələn 21 yaşlı gənc forvard İngiltərə millisinin və "Mançester Siti"nin qolçusu Rahim Sterlinqi qabaqlayıb. Misir millisinin və "Liverpul"un futbolçusu Məhəmməd Salah isə siyahıda üçüncüdür.

Son illər göstərdikləri oyun və qazandıqları mükafatlarla diqqət mərkəzinə düşən dünyanın iki aparıcı futbolçusu - "Barselona"lı Lionel Messi və "Yuventus"lu Kriştianu Ronaldu siyahıda geriləyib. Messi 8-ci, Ronaldo isə 49-cu pillələrdə qərarlaşıb.

İlk "onluq"da qərarlaşan futbolçuların siyahısı:

1. Kilian Mbappe (PSJ, Fransa) – 265,2 milyon avro

2. Rahim Sterlinq ("Mançester Siti", İngiltərə) – 223,7 milyon avro

3. Məhəmməd Salah ("Liverpul", Misir) – 175,1 milyon avro

4. Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə) – 168,9 milyon avro

5. Sadio Mane ("Liverpul", Seneqal) – 155,6 milyon avro

6. Harri Keyn ("Tottenhem", İngiltərə) – 150,5 milyon avro

7. Markus Reşford ("Mançester Yunayted", İngiltərə) – 134,3 milyon avro

8. Lionel Messi ("Barselona", Argentina) – 125,5 milyon avro

9. Antuan Qrizmann ("Barselona", Fransa) – 123,6 milyon avro

10. Lautaro Martines ("İnter", Argentina) – 115,7 milyon avro

Oxşar xəbərlər

"Qızıl top"a namizəd olan bütün futbolçuların adları açıqlanıb

"Qızıl top"a namizəd olan bütün futbolçuların adları açıqlanıb

Fransanın nüfuzlu "France Football" jurnalı 2018-ci il üçün "Qızıl top"a namizəd olan bütün futbolçuların adlarını açıqlayıb.BAKU.WS “Report”axəbər verir ki, nü...

1433 İdman 23:24 08 oktyabr 2018

Son xəbərlər