Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib
27
iyl
2026
19:11
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.
İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.
Oxşar xəbərlər
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
Avropanın beş aparıcı futbol çempionatında mövsümün ilk bölümünün nəticələri maraqlı mənzərə ortaya qoyub. BAKU.WS xəbər verir ki, ənənəvi qolçularla yanaşı, b...