"Çelsi" Argentina millisinin qapıçısını transfer edib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Çelsi" klubu Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, London təmsilçisi 33 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Martines 2020-ci ildən çıxış etdiyi "Aston Villa"nı tərk edib.
Təcrübəli qapıçı Birmingem klubunun heyətində 256 oyuna çıxıb, 305 qol buraxıb və 80 matçda qapısını toxunulmaz saxlayıb.
Martines Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb. "Transfermarkt" onun hazırkı bazar dəyərini 10 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub
Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib. Bu barədə BAKU.WS-...