Bu azərbaycanlı qızın 8 aylıq hamilə olduğuna inanmayacaqsız - VİDEO

Bu azərbaycanlı qızın 8 aylıq hamilə olduğuna inanmayacaqsız - VİDEO
Video
İdman 6381
8 aylıq hamilə olsada, heç çəkinmədən ən çətin idaman hərəkətlərini belə asanlıqla edir. Hamiləlik müddətində bir çoxları istirahət etməyə, çox ağır işlər görməməyə çalışır. Amma sujetimizin qəhrəmanı bunların tam əksini edir. O ağırlıq qaldırır, müxtəlif və bir o qədər çətin idman hərəkətlərini asanlıqla edir. Hətta idmanla bərəbər proteinlərdə qəbul edir.Ştanq qaldırır, 50 kiloqramlıq daşlarla ayaq, qantellərlə qol hərəkətləri edir. Paytaxt sakini 23 yaşlı qadın, 8 aylıq hamilə olmasına baxmayaraq idman hərəkətlərini rahatlıqla edir. Hamiləliyin son həftələri olmasına baxmayaraq o, hec bir hərəkəti qorxmadan rahatlıqla edir. Onun vəziyyətində olan qadınların bir çoxu yatmağa, istirahətə üstünlük versələrdə o isə istirahəti idamanda görür. 3 il idman müəllimi işləyən Aylinin sözlərinə görə o etdiyi bütün hərəkətləri həkimi ilə məsləhətləşir. Bəzi idman hərəkətləri istisna olmaqla trennajordakı bütün variantları gündəlik istifadə edir. Aylin ilk hamiləliyi olmasına baxmayaraq idmanla bərabər proteinlərdə qəbul edir.Nə özü nədə körpəsində bununla bağlı hec bir problem yoxdur . Ginekoloqlarda hamiləlik zamanı idmanın müsbət tərəflərinin olduğunu bildiririlər.Sadəcə burda bəzi məqamlara diqqət etmək lazımdır. O ki, qaldı protein məsələsinə həkimlər bunu o qədərdə məqbul hesab etmirlər. BAKU.WS

Son xəbərlər