Prezident: "Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"
24
avq
2017
18:15
“Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq. Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. “Qarabağ” futbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir”.BAKU.WS-in xəbərinə görə, bunu bu gün “Qarabağ” futbol klubunun üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.Prezident qeyd edib ki, bununla bütün dünya yenə də Qarabağın Azərbaycan torpağı olduğunu görür: "Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq və hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbə imza atdı. Əminəm ki, qrup mərhələsində də ölkəmizi uğurla təmsil edəcəksiniz".BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"dan İlham Əliyevə gözlənilməz HƏDİYYƏ (FOTO)
“Qarabağ” futbol klubunun heyəti Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı dövlət başçısına hədiyyələr təqdim edib.BAKU.WS-in məlumatına görə, “Qarabağ...