İspaniyanın “Marca” nəşri "Qarabağ"a görə Azərbaycandan üzr istəyib

İspaniyanın “Marca” nəşri Qarabağa görə Azərbaycandan üzr istəyib
İdman 1422
Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin “Marca” nəşrinə etiraz məktubu ünvanlayıb.BAKU.WS -in məlumatına görə, səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, nəşrin "Futbol sərhədləri aşanda” adlı məqaləsində Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, “Qarabağ” futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.““Marca” nəşrinin redaksiyası ilə əlaqə saxlanılaraq, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət ünvanlanıb. “Qarabağ” futbol klubu da məsələ ilə bağlı “Marca” nəşrinə öz etirazını bildirib. Görülən təxirəsalınmaz tədbirlər və səylər nəticəsində, “Marca” nəşri bu gün adıçəkilən məqalədə müvafiq dəyişikliklər etməklə üzrxahlığını ifadə edib”, - deyə səfirlikdən bildirilib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər