Məşhur nəşrdən "Qarabağ"a qarşı təxribat – FOTO
21
avq
2017
18:14
İspaniyanın məşhur "Marca" nəşri seperatçı bölgələri təmsil edən futbol komandaları haqqında məlumat hazırlayıb.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, yazıda Azərbaycan təmsilçisi "Qarabağ"a da yer verilib.Belə ki, prineyli həmkarlarımız Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edib: "Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən "Şerif" tabe olmadığı Moldova, "Qarabağ" da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır".BAKU.WS
Oxşar xəbərlər
Ermənilər "Qarabağ"a qarşı təxribat etdi (FOTO)
Erməni mətbuatı növbəti dəfə Azərbayaca qarşı təxribat edib. BAKU.WS-in məlumatına görə, Ermənistanın ən populyar idman saytı (sport.news.am) "Qarabağ” klubunu...