Azərbaycanda ŞOK: Müəllim tərəfindən zorlanaraq hamilə qalan şagird bakirə çıxdı
Şamaxıda şok hadisə qeydə alınıb.
AzNews.az-a daxil olan məlumata görə, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb.
15 yaşlı qızın valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir. Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Şamaxı Rayon Prokurorunun köməkçisi Coşqun İsgəndərov AzNews.az-a açıqlamasında hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanıldığını qeyd edib: "Hadisə ilə bağlı bizə məlumat daxil olub və prokurorluqda ilkin material kimi araşdırılır. Orada 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlərlə bağlı maddə olduğundan rayon prokurorluğunda cinayət işi başlanılıb”.
C.İsgəndərov onu da əlavə edib ki, hazırda 15 yaşlı məktəblinin 7 aylıq hamilə qalması faktı ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT: 14 yaşlı qız zorlandı
Bakının Nizami rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Keşlə qəsəbəsi...