Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı
Hadisə 10061

 

Bakının Sabunçu rayonunda zorlama faktı qeydə alınıb. 

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində baş verib. 

Məlumata görə, Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A. Ş. ilə sosial şəbəkələrdən birində tanış olub. 

Alim Mehdiyev bir müddət sosial şəbəkədə 16 yaşlı qızla danışıb. Onlar hətta bir-birləri ilə evlənəcəkləri barədə də söhbət aparıblar. Sonra Alim Mehdiyev 16 yaşlı qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Yetkinlik yaşına çatmayan qız da buna etiraz etməyib. 

Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada 16 yaşlı qızla cinsi əlaqədə olub. Sonra Alim Mehdiyev qızı alacağı barədə ona vədlər verib. Amma qız oğlan tərəfindən aldadıldığını başa düşüb və zorlanması barədə anasına danışıb. 

Qızın anası S. Ş. hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ərizə əsasında polis bölməsində araşdırma aparılıb. Toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib. 

Prokurorluqda faktla bağlı cinayət işi başlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 50 yaşlı kişi 17 yaşlı qızı zorladı

Bakıda 50 yaşlı kişi 17 yaşlı qızı zorladı

Bakıda 17 yaşlı qız zorlanması barədə polisə şikayət edib. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib. Bak...

18774 Hadisə 11:36 16 noyabr 2015

Son xəbərlər