64 yaşlı təqaüdçü tərəfindən zorlanan 12 yaşlı qız hamilə qaldı (Məktəbli qızın acı taleyi)

64 yaşlı təqaüdçü tərəfindən zorlanan 12 yaşlı qız hamilə qaldı (Məktəbli qızın acı taleyi)
Hadisə 11071

Rusiyanın Kurqan vilayətində yaşayan ailələrin birində 12 yaşlı qız həyatında olmazın əziyyət çəkib. BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qızın valideynləri cəmiyyət üçün pis nümunədir. Onun anası oğlanları ilə nalayiq hərəkət etdiyi üçün analıq haqqından məhrum edilib. Onların ataları isə ailəni tərk edib. Bu azmış kimi yetkinlik yaşına çatmamış qız zorlanıb. Onun cinsi təcavüzə məruz qalması azyaşlı qızın hamilə qalmasından sonra məlum olub. Qızın 20 yaşlı qardaşı bacısının hamilə olduğunu anlayıb. Oğlan bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Qızdan DNT analizi götürülüb. Analizin cavabları isə dəhşətli olub. Məlum olub ki, azyaşlı qızı babası yaşında kişi zorlayıbmış. Qız qonşusu 64 yaşlı kişi tərəfindən dəfələrlə təcavüzə məruz qalıb. Bütün bu baş verənlərdən sonra qızın səhhətində ciddi problemlər yaranıb. O, fiziki və psixoloji travma alıb. Hazırda azyaşlı qız adaptasiya mərkəzində müalicə alır. Onu zorlayan təqaüdçi kişi isə polis tərəfindən saxlanılıb. Əgər onun cinayəti tam sübuta yetirilərsə, təqaüdçünü 20 ilə qədər həbs cəzası gözləyir. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər