Bakıda DƏHŞƏT: 14 yaşlı qız zorlandı
Bakının Nizami rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib.
BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Səidə Məmmədova (ad və soyad şərti verilib) təcavüzə məruz qalıb. Naməlum şəxs 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Səidə Məmmədova təcavüzə məruz qalması ilə bağlı Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, bildirib ki, mayın 2-də, günorta saat 13 radələrində özünü Məmməd kimi təqdim edən kişi hədə-qorxu gəlib və onunla cinsi əlaqədə olub.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətin Zaqatala rayon sakini, 1963-cü il təvəllüdlü Qurban Məhəmməd oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı təhqiqat aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda iyrənc hadisə: 8 yaşlı uşağı zorladılar
Bakının Nərimanov rayonunda orta məktəbdə cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində olan orta məktəblərdən birində qeydə...