Bakıda fitnes zallarında QİYMƏTLƏR (VİDEO)

Bakıda fitnes zallarında QİYMƏTLƏR (VİDEO)
Video
Sosial 5260

Son illər paytaxtda fitnes zallarına böyük maraq yaranıb. Tələbat olduğuna görə isə belə zalların sayı gündən-günə çoxalır.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin apardığı araşdırmalardan məlum olub ki, qiymətlər zalın yerindən və təklif edilən xidmətlərdən asılı olaraq dəyişir. 

Ən müasir avadanlıqlar, həkim və peşəkar idmançıların nəzarəti altında məşq, səliqəli hamam otaqları, sauna və bu kimi xidmətlər paytaxdakı idman zallarının qiymətini müəyyənləşdirən əsas amillərdəndir.

Bakıdakı ən bahalı fitnes zallarının aylıq qiyməti təxminən 400-700 manat arasında dəyişir. Hər ay belə xidmətlərdən yararlanmaq istəyənlər il ərzində 5-8 min manat pul xərcləməlidir. Bəzi mərkəzlər illik abunə olan müştərilərinə 60-70 faizə qədər endirim paketi də təqdim edir.

Belə bahalı fitnes zallarında fitneslə yanaşı, basketbol, voleybol, kikboksinq kimi idman növləri ilə məşğul olmağa, baseyn, saunadan limitsiz istifadə etməyə icazə verilir. Üstəlik, belə zallar 24 saat xidmət göstərir.

Paytaxda nisbətən orta təbəqəyə xitab edən fitnes zallarının qiyməti isə 50-120 manat arasında dəyişir. Belə fitnes zallarında həkimlər və mütəxəssislərin daimi nəzarətinin olması ora marağı da artırır.

Hazırda Bakıda ən ucuz fitnes zallarının aylıq qiyməti 15 manat, günlük qiyməti isə 1 manatdır.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

Azərbaycanda turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də Şahdağ istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboar...

10923 İqtisadiyyat 19:19 26 yanvar 2017

Son xəbərlər