"Brilliant oğlan"ın barmağına qızıl üzük taxdılar
Azərbaycan karateçisi, dördqat dünya, doqquzqat Avropa çempionu Rafael Ağayev nişanlanıb.
BAKU.WS-in məlumatına görə, tanınmış idmançının nişanı ötən gün restoranların birində baş tutub.
Rafael Ağayevin nişanından şəkillər sosial şəbəkədə yayılıb. Bir müddət əvvəl, karateçi sevdiyi xanımın olduğunu və ondan ayrıldığını bildirib. İdmançı onunla barışmaq istədiyini də gizlətməyib.
R.Ağayev karate üzrə Azərbaycan yığmasının kapitanıdır. 5-ci dan qara kəmərin sahibidir. O, Avropa Oyunlarında qızıl medalın sahibi olub. Onun ləqəbi "brillliant oğlandır ". Rafael Ağayev "Qorxma, mən səninləyəm! 1919" filmində çəkilib.
Oxşar xəbərlər
Manaf Ağayevin milyonluq villası hədiyyə imiş (FOTO)
Müğənni Manaf Ağayev bir müddət əvvəl köçdüyü milyonluq villasının ona hədiyyə edildiyini açıqlayıb. Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Evdəkilərə s...