Bədii gimnastikada ilk - Oğlan gimnast yarışlara qatıldı - VİDEO
26
apr
2019
23:03
Qızlar arasında keçirilən bədii gimnastika yarışları oğlanlar arasında da keçirilə bilər.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) bunu hələ təsdiqləməyib.Amma FIG-in sabiq vitse-prezidenti, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya milli komandasının baş məşqçisi özbəkistanlı İrina Viner-Usmanova oğlanların da qızlara məxsus bu yarışda iştirak etməsinin tərəfdarıdır.Təqdim etdiyimiz video isə İspaniyada qeydə alınıb. Kristofer Benites İspaniyada keçirilən Reyna Kubokunda lentlə hərəkətlərdə çıxış edib.Qeyd edək ki, ötən ilin sonlarında sinxron üzgüçülükdə kişilərin yarışına icazə verilib.Beynəlxalq Üzgüçülük Federasiyası qarışıq cütlərin çıxış edə biləcəyini təsdiqləyib. Avqustda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək dünya çempionatında məhz kişilər sinxron üzgüçülükdə çıxış edə biləcək.
Oxşar xəbərlər
Altay Həsənov: Bakıda qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək.Tren...