Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib
04
may
2026
11:20
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Beynəlxalq Çövkən Federasiyasından bildirilib.
Son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib.
Turnirdə təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan isə Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
Ferhat Gündoğdu da həbs edildi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu həbs edilib. BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, "Hak...