Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada başa çatan Cənubi Amerika çempionatının nəticələrinə əsasən, bu ilin iyununda Azərbaycanda təşkil olunacaq çövkən üzrə dünya birinciliyində iştirak edəcək növbəti yığmalar müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.
Oxşar xəbərlər
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın...