Azərbaycan kubokunun finalında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq - VİDEO

Azərbaycan kubokunun finalında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq - VİDEO
Video
İdman 634
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan iki qarşılaşmadan sonra finalçılar müəyyənləşib.Öncə “Qarabağ”la “Qəbələ” münasibətlərini aydınlaşdırıb. Səfərdə 0:1 hesabı ilə uduzan Ağdam klubu hər hissədə bir qol vuraraq 2 top fərqilə önə keçsə də, qonaqlar matçın sonlarında dönüş yarada biliblər. Qəbələnin eyniadlı təmsilçisi görüşdə fərqi minimuma endirib və ümumi nəticədə səfər qolu sayəsində finala yüksəlib.Tarixində 4-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” ardıcıl 3-cü dəfə final həyəcanı yaşayacaq. Bu qarşılaşma xoşagəlməz hadisəylə yekunlaşıb. Belə ki, “Qarabağ”ın futbolçusu Markos Madera rəqibinə baş zərbəsi endirib. Bunadək isə “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov texniki zonadan kənarlaşdırılıb.Digər matçda “Zirə” “Sumayıt”ı qəbul edib. İndiyədək heç vaxt finalda oynamayan komandaların duelində meydan sahibləri şanslı sayılsa da, tam əksi baş verib.Evdə qolsuz heç-heçəylə kifayətlənən sumqayıtlılar rəqib meydanındakı matça aqressiv başlayıb. Cütün taleyini ilk yarıda həll edən komandanı Peyman Babayinin het-triki finala daşıyıb. Bununla da təkcə “Sumqayıt”ın deyil, ümumiyyətlə eyniadlı şəhərin təmsilçisi ilk dəfə finala yüksəlib.“Zirə” fasilədən sonra üç qol vuraraq, hesabda tarazlıq yaratsa da, bundan artığını bacarmayıb. “Sumqayıt” səfər qolları sayəsində mərhələ adlayıb.Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək. Azərbaycan kubokuYarımfinal1 may“Qarabağ” – “Qəbələ” – 2:1Qırmızı vərəqə: Markos Madera, oyundan sonra (rəqibə başla zərbə vurduğuna görə) Qollar: Markos Madera, 37; Dani Kintana, 58 - Davit Volkov, 82Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad ƏhmədovHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Ələddin Ələkbərov Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00İlk oyun – 0:1“Zirə” – “Sumqayıt” – 3:3Qollar: Pərdis Fərcad-Azad, 47, Xulio Sezar Rodriqez, 84, Şafik Tiqrudja 90+5 - Peyman Babayi, 19, 27, 45Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev Hakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Ramiz Mustafayev Zirə İdman Kompleksinin stadionu, 20:00İlk oyun – 0:0

Oxşar xəbərlər

“Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb

“Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib.Günə Qəbələdə start verili...

624 İdman 21:51 23 aprel 2019

Son xəbərlər