"Atletik" klubu "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
İspaniyanın "Atletik" klubu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən oyun zamanı azarkeşlərin davranışına görə cəzalandırılıb.
BAKU.WS xəbər verir ki, UEFA Bilbao təmsilçisinə 10 min avro məbləğində cərimə kəsib. Buna səbəb qarşılaşma zamanı azarkeşlərin UEFA-nın İntizam Qaydalarının 16.2-ci maddəsini pozması olub.
Belə ki, matç ərzində "Atletik" fanatları idman tədbirlərində yolverilməz sayılan mesajlar nümayiş etdiriblər. Sözügedən maddə siyasi, ideoloji, dini və ya təhqiredici məzmun daşıyan jestlərin, şüarların və ya digər vasitələrin istifadəsini qadağan edir.
Xatırladaq ki, oyun zamanı "Atletik" azarkeşləri vaxtilə Qarabağ ərazisində erməni separatçıları tərəfindən yaradılmış qondarma rejimin bayrağını tribunada açmışdılar. "Qarabağ" klubunun nümayəndələri isə həm qarşılaşmadan əvvəl, həm də oyun gedişində şəhərdə baş verən təxribat xarakterli hallarla bağlı ev sahibi kluba məlumat verdiklərini bildirmişdilər.
Qeyd edək ki, Bilbao şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" I turun son oyununda "Şamaxı"nı məğlub edib
Misli Premyer Liqasında I tura yekun vurulub. BAKU.WS xəbər verir ki, günün yeganə oyununda "Şamaxı" "Qarabağ"ın qonağı olub. Tofiq Bəhramov adına Respublika st...