"Atletik"in rəsmi hesabı "Yaşa Azərbaycan" mahnısı ilə VİDEO PAYLAŞDI
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ"la qarşılaşacaq İspaniyanın "Atletik" klubu azarkeşlərin marağına səbəb olan paylaşım edib.
BAKU.WS xəbər verir ki, Bilbao təmsilçisi "TikTok" sosial şəbəkə hesabında "Yaşa Azərbaycan" musiqisinin fonunda video yayımlayıb.
Kadrlarda "Atletik"in ulduz futbolçusu İnaki Vilyamsın azarkeşlərə avtoqraf verdiyi anlar əks olunub. Videoda diqqət çəkən məqam isə orada "Qarabağ" azarkeşlərinin də yer almasıdır.
İspan klubu bu paylaşımı ilə həm oyuna olan marağı artırıb, həm də qarşı tərəfə jest edib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Tofiq Bəhramovun nəvəsinə babasının adını daşıyan stadionda vəzifə verildi
Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub. BAKU.WS-in məlumatına görə, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor m...