"Atletik"in baş məşqçisi: "Qarabağ"a hörmətlə yanaşırıq"
"Qarabağ"la matçda xal qazanmaq üçün fürsətimiz var".
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam klubuna hörmətlə yanaşdıqlarını bildirib: "Təbii ki, turnir cədvəlində onlar bizdən öndədirlər. Biz isə sonuncuyuq. Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. "Qarabağ"a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Bu həftə oynayacağımız ilk matçdır. Ona görə də özümüzü tam hazır və gümrah hiss edirik".
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən danışdılar
Dələduzluqda təqsirləndirilən "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi davam etdirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər ve...