"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat ediblər
23
may
2019
12:50
İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.BAKU.WS "Report"a istinadən xəbər verir ki, fanatlar "Twitter" sosial şəbəkəsində "Çelsi"nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar. Onlar hər üç futbolçunun erməni olduğunu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.Riçard adlı "Twitter" istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb. Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Arsenal"ın oyunçusu azərbaycanlılara səsləndi - QARDAŞLARIM...
"Arsenal" klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara müraciət edib.BAKU.WS xəbər verir ki, futbolçu, "Azərbaycanlı qardaşlar...