AFFA-dan “Arsenal”ın erməni oyunçusu ilə bağlı - AÇIQLAMA
21
may
2019
22:28
Ermənistan XİN İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməməsi ilə bağlı açılqma yayıb. BAKU.WS-in məlumatına görə, yarımmüdafiəçinin təhlükəsizliyi ilə bağlı zəmanət verildiyini bildirən AFFA, erməni futbolçunun bu qərarından təəssüfləndiyini qeyd edib. "Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”, - deyə açıqlamada bildirilir.Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Mxitaryan Bakıya gələcək? - “Arsenal”dan rəsmi qərar
29 mayda Bakıda Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryanla bağlı yekun qərarını açıqlayıb.BAKU.WS...