Bakıya gələcək dünya ulduzları müəyyənləşdi - VİDEO
10
may
2019
10:22
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunun komandaları məlum olub.BAKU.WS xəbər verir ki, “Ayntraxt” “Çelsi”nin qonağı olub və hesab 1:1 hesabı ilə yekunlaşıb. Yekun nəticə 120 dəqiqə sonra baş tutan penaltilərdə məlum olub. Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn “Çelsi” klubu UEFA Avropa Liqasının finalına vəsiqə qazanıb.“Çelsi” UEFA Avropa Liqasının cari mövsümündə keçirdiyi 13 oyundan heç birində uduzmayıb. İki matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxandan sonra İsveçin “Malmö” (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) klubundan güclü olub.UEFA Avropa Liqasının Bakı finalında iştirak edəcək digər komanda isə ingilis klubu “Arsenal” olub. “Arsenal” yarımfinal mərhələsində İspaniyanın “Valensiya” klubunu mübarizədən kənarlaşdırıb. İngilis klubu səfərdə əzimli qələbə qazanıb və 2:4 hesabı ilə meydandan qalib ayrılıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, “Arsenal” iki oyunun nəticəsinə əsasən, UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına vəsiqə qazanan ilk komanda olub.Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
“Liverpul” möcüzəni gerçəkləşdirdi - VİDEO
UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.BAKU.WS xəbər verir ki, İngiltərənin “Liverpul” klubu...