“Qarabağ” klubu Araz Abdullayevi transfer edib
31
avq
2018
22:27
“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə - avqustun 31-də növbəti transferini reallaşdırıb.Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Moldovanın “Şerif” klubu üzərində 3:0 hesabı ilə qələbə qazanaraq iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəlib.“Qarabağ” Avroliqanın qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Şerif"i məğlub etdi - Komandamız Avroliqanın qrup mərhələsində VİDEO/FOTO(YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində "Qarabağ" Bakıda Moldovanın "Şerif" klubunu qəbul edib. BAKU.WS-in məlumatına görə, ilk görüşdə minimal hesab...