"Qarabağ" "Şerif"i məğlub etdi - Komandamız Avroliqanın qrup mərhələsində VİDEO/FOTO(YENİLƏNİB)

Qarabağ Şerifi məğlub etdi - Komandamız Avroliqanın qrup mərhələsində VİDEO/FOTO(YENİLƏNİB)
Video
İdman 2618
Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində "Qarabağ" Bakıda Moldovanın "Şerif" klubunu qəbul edib. BAKU.WS-in məlumatına görə, ilk görüşdə minimal hesabla məğlub olan Ağdam təmsilçisi oyuna çox fəal başlayıb. Artıq 9-cu dəqiqədə Maksim Medvedevin zərbəsi dəqiq olub. "Qarabağ"ın təhlükəli hücumlarının məntiqi nəticəsi kimi 41-ci dəqiqədə fərq artıb: Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib - 2:0. İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Filip Ozobiç cərimə meydançasının kənarından qüvvətli zərbə ilə “Qarabağ”ın üçüncü topunu “Şerif”in qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq. Xatırladaq ki, ötən mövsüm isə "Qarabağ" Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan əvvəl isə ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. BAKU.WS

Son xəbərlər