Dünya çempionumuzun ölümdən xilas olması üçün təcili pul lazımdır - VİDEO

22
sen
2019
10:20
Gəncə şəhərində paurliftinq üzrə idmançı 1998-ci il təvəllüdlü Səmədova Aytac Rizvan qızının səhətində ciddi problemlər yaranıb. İdmançının BAKU.WS-in bölgə müxbirinə verdiyi məlumata əsasən, onun təcili əməliyyata ehtiyacı var. Uzun müddətdir skalyoz (onurğa sümüyünün sağa və sola doğru əyriliyi) xəstəliyindən əziyyət çəkən Aytac Səmədovanın ağrıları kəskin artıb.“Həkimlər əməliyyatın qaçılmaz olduğunu, əks təqdirdə xəstəliyin daha ağır fəsadlara, hətta ölümə belə gətirəcəyini bildirirlər. Əməliyyat etdirməyə isə təəssüf ki, maddi imkanım çatmır”.Aytac Səmədova paurliftinq idman növü üzrə dünya birincisi və ölkə çempionudur. Bundan əlavə o, 2015-ci ildə ABŞ-ın Kaliforniya Ştatının Los Angeles şəhərində Ümumdünya Xüsusi Yay Olimpia Oyunlarının gümüş mükafatçısıdır.Aytac Səmədova həmçinin Gəncə Dövlət Universitetinin xarici dillər fakultəsinin ikinci kursunda təhsil alır.Hesab nömrəsi: 4169741375201744

Qalereya
Oxşar xəbərlər
33 yaşlı oğlanı bıçaqladılar
Gəncədə bıçaqlanma hadisəsi baş verib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini 1986-сı il təvəllüdlü Elçin Əliyev bıçaqlanıb.O, döş...