"Gelandewagen"li Aytac dilə gəldi: "Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi” - VİDEO

Gelandewagenli Aytac dilə gəldi: Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi” - VİDEO
Video
Şou-biznes 1528
“Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi”.BAKU.WS xəbər verir ki, Aytac Vidadiqızı ARB-nin "Show-News" proqramına açıqlamasında belə deyib.Müğənni “Gelandewagen” sürməklə öyünənlərə ismarıc göndərib:“Mən "Gelandewagen" sürəndə hələ şou-biznesdə heç kim sürmürdü. Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi. Bahalı həyatı sevirəm, xoşlayıram ki, pullar saçılıb-səpilsin.İndikilər kimi o maşını sürməkdə məqsədim gündəmə gəlmək deyildi. Sadəcə yüksək matorlu maşınları sürməyi sevirəm. 150 min idi qiyməti. Hara gedirdim, "Gelandewagen"li Aytac gəldi" deyirdilər. Adım belə hallanırdı.Axı nəyə öyünürsüz? Şəhərdə 10 maşından 9-u "Gelandewagen"di. Mən sürən vaxtı vallah heç sürən yox idi. Bu gün hamısı o maşından sürür və yaxud birinə hədiyyə verirlər. İndiki maşınım çox sadədir, çünki maşınımı satıb üstünə də əlavə düzəltdim, yarım milyona İstanbuldan ev aldım. Bu gün istəsəm o evimi sataram, 2 dənə "Galendevagen" alaram”.Aysel

Son xəbərlər