Bakıda “Rent a car”dan götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in oxu.az-a istinadla verdiyi məlumata görə, “Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən “Şaqman” yük maşınının çırpılıb.
Qəza nəticəsində “Gelandewagen” yolun əks istiqamətinə keçib.
Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, sürücü Məmmədov Nicat “Gelandewagen”i bir günlük “Rent a car”dan kirayə götürüb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırmalar aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Naftalanda iki "VAZ" toqquşub - YARALILAR VAR (VİDEO)
Naftalanda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, "VAZ 2106" ilə "VAZ 2115" markalı avtomobillərin toqquşması n...