Bakıda ağır qəza: 5 nəfər xəstəxanalıq oldu

Bakıda ağır qəza: 5 nəfər xəstəxanalıq oldu
Hadisə 2224

 

Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən "99-XU-438" dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü səbəb olub. 

Nəticədə yüksək sürətlə gələn "10-NA-016" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Mercedes" bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Bundan əllavə, "London taksisi"nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

6 tələbənin ölümünə səbəb olan sürücü 4 aylıq həbs edildi

6 tələbənin ölümünə səbəb olan sürücü 4 aylıq həbs edildi

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb mikroavtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə "Report"un sorğ...

2943 Hadisə 11:25 27 mart 2017

Son xəbərlər