Təranə Səmədova azadlığa buraxıldı - VİDEO

06
may
2019
18:25
İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova azadlığa buraxılıb.BAKU.WS-in məlumatına görə, bu barədə Oxu.Az-a T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.O deyib ki, Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə prodüserin cəzasının azaldılması barədə qərar verilib:“Artıq qərar icra olunub və Təranə Səmədova bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb”.Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi. İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Təranə Səmədova bəraət istəyir
İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova bəraət olunmasını istəyir. BAKU.WS report-a istinadən xəbər verir ki, Ali...
