33 yaşlı oğlanı bıçaqladılar

33 yaşlı oğlanı bıçaqladılar
Hadisə 585
Gəncədə bıçaqlanma hadisəsi baş verib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini 1986-сı il təvəllüdlü Elçin Əliyev bıçaqlanıb.O, döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Gecə qadını kürəyindən bıçaqladılar

Gecə qadını kürəyindən bıçaqladılar

Ötən gün axşam saat 12:25-də Gəncə şəhərində qadın bıçaqlanıb.BAKU.WS xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Nizami Məmmədov rayo...

771 Hadisə 10:49 21 may 2019

Son xəbərlər